AZ

Azərkosmos ümumi gəlirinin 90 faizini xidmət ixracından əldə edib - HESABAT 

 

5cb4166b40cb8a138d5f4ffd3a83cd0a.jpg
02.12.2020 12:18

"2020-ci ilin yanvar-oktyabr aylarında Azərkosmos tərəfindən dünyanın 30 ölkəsinə 37,8 milyon ABŞ dolları xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib". 

 

TED.az xəbər verir ki, bu haqda "İxrac İcmalı”nın noyabr sayında bildirib.

 

Qeyd olunur ki, Azərkosmos-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib: "Bu ilin oktyabr ayında isə Azərkosmos dünyanın 21 ölkəsinə 6,9  milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Azərkosmos-un 2020-ci ilin yanvar-oktyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq,  Malayziya və BƏƏ-dir".

TED + bölməsindən digər xəbərlər

Daha çox