AZ

Dünyada İLK: Sinqapurda süni ətin satışına icazə verildi

 

a9918c5f52466b913c02e1305e0c3e22.jpg
02.12.2020 12:25

Dünyada ilk dəfə olaraq Sinqapurda hakimiyyət laboratoriya şəraitində istehsal olunan toyuq ətinin satışına icazə verib. 

 

TED.az xəbər verir ki, bu barədə ölkənin ərzaq agentliyinin bəyanatında deyilir.

 

"Daxil olan təklifləri qiymətləndirib, onların təhlükəsizliyini müəyyən edərək, ABŞ-ın "Eat Just" şirkətinin Sinqapurda istehsal edilmiş toyuq ətini satmasına icazə verilməsi qərara alınıb", - deyə bəyanatda bildirilib.

 

Agentliyin rəhbəri Tan Li Kimin sözlərinə görə, işçilər süni ətin təhlükəsizliyini qiymətləndirməyə davam edəcək, ekspertlərlə məsləhətləşmələr aparacaq və yeni məhsulları bazara daxil olduqda yoxlayacaqlar.

Dünya bölməsindən digər xəbərlər

Daha çox