AZ

Koronavirusdan bizi yalnız bu qurtaracaq — Adil Allahverdiyev

 

70ddb802ed9159713b11c3630f95bd65.jpg
02.12.2020 14:50

Vaksin məsələsi ölkəmizin gündəmindədir, hazırda araşdırma aparılır.

 

TED.az xəbər verir ki, bu sözləri Operativ Qərargahın brifinqi zamanı Vəli Axundov adına Elmi Tədqiqat Tibi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev
deyib.

 

Onun sözlərinə görə, vaksinə hələ ki, ümidlənmək olmaz: “Vaksinə ümid etmək hələ ki, düzgün deyil, bizi qurtaracaq 3 vasitə var, o da maska, sosial məsafə və gigiyena. Təəssüf ki, hələ ki, başqa çarəmiz, çıxış yolumuz yoxdur. Hamımız yorulmuşuq, amma özümüzdən başqa, bizi kimsə qurtarmayacaq. İkinci qələbəni yaşatmalıyıq“.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox