AZ

Azərbaycanın mobil telefon üzrə bazar payı artıb 

 

dcf1eaf7d180acee74bc06f07edb1fda.jpg
02.12.2020 15:48

Kompüter, telefon və planşetlərin Azərbaycan üzrə bazar payı məlum olub. "Global Stats" analitik şirkətinin məlumatına əsasən, noyabr ayında mobil telefonlar üzrə Azərbaycanın bazar payı 56.46% olub. Kompüterlərin bazar payı 42.3%, planşetlərin isə 1.24% olaraq qeydə alınıb.

 

TED.az xəbər verir ki, şirkətin oktyabr ayı üzrə hesabatına nəzər saldıqda mobil telefon üzrə artım, kompüter və planşet üzrə isə istifadəçi fəallığında azalma görürük. 

 

Kompüterlərin oktyabr ayında ölkəmiz üzrə bazar payı 52.7%, planşetlərin isə 1.42% olub. Mobil telefonların bazar payı isə 45.88% olub.

 

Zeynəb ƏKBƏR

 

TED + bölməsindən digər xəbərlər

Daha çox