AZ

Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 7,3% artıb

0b71391be2d542da197c3e53e64ab0f9.jpg
02.12.2020 16:52

Bu ilin yanvar-oktyabr aylarında Azexport.az portalına 512,2 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayında portal daxil olan ixrac sifarişləri dəyər baxımından 7,3% artıb.

 

TED.az xəbər verir ki, 2020-ci ilin oktyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 49,8  milyon dollar təşkil edib.

 

Bu rəqəm isə ötən ilin müvafiq ayı ilə müqayisədə ixrac sifarişləri dəyər baxımından 21,5% artması deməkdir.

 

Oktyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi toyuq əti və yumurtası, pambıq yağı, fındıq, tütün, çay, günəbaxan yağı, alma, şərab, qənnadı məhsulu, ketçup, nar, armud, kosmetik vasitə mühərrik yağı, bal, boya, zəfəran, tibbi zəli və s. mallara daxil olub.

TED + bölməsindən digər xəbərlər

Daha çox