Zəfər Gününün tarixi dəyişdi

Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək.
TED.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Məlumatda aşağıdakılar qeyd olunub:
“Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.
Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir”.
QARABAĞ bölməsindən digər xəbərlər
Samsung Galaxy S21 seriyasının yeni smartfonları təqdim edildi


Havanı karbon qazından təmizləyən sistem hazırlanıb


İran ballistik raketlərin sınaqlarını keçirdi


KamAz helikopterlə toqquşdu - VİDEO


Baydenin inaqurasiyasına qədər Feysbuk vasitəsilə kütləvi tədbirlər keçirilməsinə QADAĞA


BakuBus-da yeni rəhbər


Bu gün 402 nəfərdə koronavirus aşkarlanıb - AZƏRBAYCANDA


Ağdamın Şelli kəndi - VİDEO


WhatsApp istifadəçi müqaviləsi yeniləməsini TƏXİRƏ SALDI


Süni zəka nitqi anlamaqda insanları üstələdi


Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər - VİDEO


Kəlbəcər rayonunun Hacıkənd kəndindən videogörüntülər - VİDEO


Feysbuk və İnstaqram Trampın hesabını blokdan çıxartdı


Azərbaycanda vaksinasiya ilə bağlı elektron sistem yaradılacaq


Azərbaycanda 2 gün sonra vaksinasiyaya başlanılır - İLK OLARAQ KİMLƏRƏ VAKSİN VURULACAQ?


Siqnal messenceri "çökdü"


Mağazalar açılır


SMS icazə ləğv olundu


Kafe-restoranlar açılır — Vaxt bəlli oldu


Azərbaycanda karantin rejimi yumşaldılır


WhatsApp-ın yeni funksiyası YOLDA


Pandemiya dövründə bu sahədə gəlirlər artıb - AZƏRBAYCANDA


Koronavirusdan ölənlərin sayı 2 milyonu ötdü


Pfizer Avropaya peyvənd tədarükünü azaldır - SƏBƏB


Google Fitbit-i satın aldı - RƏSMİ


Minatəmizləmə Agentliyi yaradıldı - FƏRMAN


Həftənin ən çox oxunanları
Rusiya prezidenti İlham Əliyevlə görüş öncəsi təcili müşavirə keçirdi - Qarabağla bağlı detallar müzakirə olunub


Bakı metrosu fəaliyyətini nə zaman bərpa edəcək? - RƏSMİ AÇIQLAMA


Türkiyənin gələcəyini qurmaq istəyənlər üçün vakansiyalar - Səlcuq Bayraktar açıqladı


Yeni pul nişanlarında gizli elementlər yer alıb - Rəsmi


Bəzi ölkələrdə WhatsApp-dan imtina edilir - Türkiyədə var


WhatsApp skandalı mobil tətbiq bazarına bu cür təsir edəcək: "Ödənişsiz istifadə ediriksə, datalarımız satılır"


ABŞ kəşfiyyatı əlindəki bütün UNO sənədlərini cəmiyyətə təqdim etdi


Azərbaycanda 2 gün sonra vaksinasiyaya başlanılır - İLK OLARAQ KİMLƏRƏ VAKSİN VURULACAQ?


Koronavirus peyvəndinin ilk partiyası Azərbaycana gətirilib - RƏSMİ


Valyuta | Alış | Satış |