AZ

Koreyalılar atıcı pilotsuz uçuş aparatını sınaqdan keçirəcəklər

 

bbf36d7b9d198c058383eab1b8fa08d7.jpg
04.12.2020 10:31

Cənubi Koreya kamikaze və atəş dronlarını sınaqdan keçirəcək. Sınaq müddəti üç aydan altı aya qədər davam edəcək. Atıcı pilotsuz uçuş aparatının və kamikadze dronlarının sınaq prosesinə Cənubi Koreyanın Müdafiə Satınalma Proqramı Ofisi (DAPA) rəhbərlik edəcək. 

 

TED.az xəbər verir ki, sınaqlar 2021-ci ilin birinci yarısına planlaşdırılır. 

 

Nəticələrə əsasən, hərbçilər bu cür pilotsuz uçuş aparatlarının qoşunlarda hansı vəzifələrin həlli üçün yararlı olduğunu təyin edəcəklər.

 

Sözügedən atıcı uçuş aparatı haqqında təfərrüatlı məlumat verilməyib. 

 

Xatırladaq ki, 2018-ci ildə Cənubi Koreyanın LIG Nex1 şirkəti kiçik kamikadze pilotsuz təyyarəsi hazırlamaq üçün müqavilə imzalayıb. Hazırlanacaq cihazda 500 qrama qədər olan döyüş başlığı nəzərdə tutulub. Onun havada qalma müddəti 40 dəqiqə müəyyən edilib. Müqaviləyə əsasən, dronun hazırlanması 2021-ci ilədək yekunlaşmalı idi.

Dünya bölməsindən digər xəbərlər

Daha çox