AZ

Xüsusi karantin rejimi dövründə onlayn müraciət əsasında 156 əsər qeydiyyatdan keçirilib -  AÇIQLAMA

 

35178cee6a7a5da73f012af23d345803.jpg
04.12.2020 10:48

"Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi müddətində Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ obyektlərinin qeydiyyatı ilə bağlı ərizələrin qəbulunu yalnız Elektron hökumət (E-gov) portalı vasitəsilə həyata keçirir".

 

Bunu TED.az-a açıqlamasında Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli deyib. 

 

Elnur Məmmədli bildirib ki, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdən bu ilin dekabr ayının 1-dək Agentlikdə 71 müəllif və hüquq sahibinin onlayn müraciəti əsasında 156 əsər qeydiyyatdan keçirilib: "Hazırda ölkəmizdə COVD-19 infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunduğundan və xüsusi karantin rejiminin müddətinin 2020-ci il 28 dekabr tarixinə qədər uzadıldığından vətəndaşların Agentlikdə fiziki qəbulu bərpa edilməyib, onlara onlayn məsləhətlər verilir və müəlliflik hüquq obyektlərinin elektron qaydada qeydiyyatı davam etdirilir."

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox