AZ

Feysbuk kriptovalyutasının adını dəyişdirdi

 

143b4b94f7997638b4601929d924949a.jpg
04.12.2020 10:56

Feysbuk şirkəti gələn ilin yanvarında bazara çıxarılması gözlənilən Libra kriptovalyutasının adını Diem olaraq dəyişdirib.

 

TED.az xəbər verir ki, bununla tanınmış Libre fondunun adı da uyğun formada yenilənib. Ad dəyişdirilməsində əsas məqsəd kriptovalyutanın qurumlardan asılılığının azaldılmasıdır. 

 

Mərkəzi İsveçrənin Cenevrə şəhərində olan Diem ölkənin qiymət tənzimləmə təşkilatı Finmanın təsdiqini gözləyir. Bildirilib ki, Diem layihəsi FinTech innovasiyasının inkişafı üçün şərait yaradacaq. Bununla yanaşı, daha operativ və təhlükəsiz ödənişləri təmin edəcək. 

 

Qeyd edək ki, Diem latınca "gün" deməkdir. Bunu isə şirkət rəsmiləri yeni günün başlanması ilə izah edirlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox