AZ

Volkswagen Türkiyədə zavod açmaqdan imtina etdi - SƏBƏB

 

fef57d84593d91c4e50f8a3142deb778.jpg
05.12.2020 13:56

Bir müddət öncə Volkswagen şirkətinin Türkiyədə müəssisə açacağı xəbəri çoxlarını sevindirdi. Buna baxmayaraq, hər mənada Türkiyə üçün əhəmiyyətli olan bu müəssisənin açılışının əvvəl ertələnməsi, sonra isə ləğvi xəbəri yayıldı.

 

Maraqlıdır, Volkswagen kimi dünya əhəmiyyətli şirkət belə mühüm müəssisəni niyə ləğv edib?

 

TED.az xəbər verir ki, Volkswagen rəhbəri Herbert Diess mövzu ilə əlaqədar açıqlama verib.

 

Bildirilib ki, açılışı planlaşdırılan müəssisənin bir anda ləğvinin səbəbi Türkiyənin siyasi durumudur. Bununla əhəmiyyətli maliyyə itkisinin qaçılmaz olduğunu söyləyən şirkət rəhbəri qeyd edib ki, Türkiyə əvəzinə Slovakiyadakı fabrikə investisiya qoymaq daha məntiqlidir. 

 

"Türkiyədə müəssisə açılmasının tərəfdarı idim, indi də bu belədir. Bununla oradakı şəraitin yaxşılaşdırılmasına töhfə verə bilərdik. Türkiyə Avropada coğrafi-strateji baxımdan imtina ediləcək ölkə deyil. Amma siyasi durum buna imkan vermir", - deyə Herbert əlavə edib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox