AZ

Daha 42 nəfər COVID-19-dan ölüb - AZƏRBAYCANDA

aea3594bb7ebe5ba20efcca22379bffd.jpg
05.12.2020 16:48

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər sağalaraq evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 42 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 142 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1 593 nəfər vəfat edib, aktiv xəstə sayı 54 750 olub.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 778, bu günə qədər isə ümumilikdə 1 817 804 test icra olunub.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox