AZ

Telefonun enerjisinə qənaət etməyin yolları – QIZIL QAYDALAR

6efa35a0df34c3bbe667cc4cc69ec1b7.jpg
11.07.2019 15:53

Məlum olduğu kimi mobil telefonlardan sadəcə zəng üçün istifadə etmirik. Telefonlar bütün işlərimizin qısa zamanda həll olunmasında yardımçı olan bir vasitədir. Belə olan halda, təbii ki, enerji problemi də özünü göstərir. Enerjiyə qənaət etmək üçün bir neçə üsul mövcuddur.

 

TED.az sizə enerjiyə necə qənaət etməyin yollarını təqdim edir:

 

İSTİFADƏ ETMƏDİYİNİZ MOBİL BAĞLANTILARI SÖNDÜRÜN

Cihazda enerji sərfiyyatına ən çox səbəb olan mobil bağlantılardır.  WiFi, 4G mobil bağlantı enerjini həddindən çox tükədir. İstifadə etmədiyiniz zaman bu bağlantıları söndürməyiniz məsləhətdir.

 

 

EKRANIN PARLAQLIĞINI AZALDIN

Telefonun enerjisini azaldan əsas səbəblərdən biri də ekranın parlaqlığının çox olmasıdır. Xüsusilə də, telefonda daha çox vaxt keçirirsinizsə, buna diqqət yetirməlisiniz. Ekran parlaqlığını azaltmaq enerji qənaətinə böyük ölçüdə təsir göstərir.

 

AÇIQ PROQRAMLARI BAĞLAYIN

İstifadə etdiyimiz proqramlar işlərimizi daha tez və asan şəkildə həll etməyə kömək edir. Ancaq istifadə etmədiyimiz proqramları daha sonra qeyri-aktiv hala gətirmədikdə enerji sərfiyyatına yol aça bilir. Arxa fonda daim aktiv olan proqramlar öz servisləri ilə enerjini azaldır və böyük ölçüdə enerji sərfiyyatına səbəb olur. Ona görə də istifadə etdikdən sonra açıq proqramları bağlamaqda fayda var.

 

 

TELEFONA ENERJİNİ TƏYYARƏ REJİMİNDƏ DOLDURUN  

Əgər təcili bir zəng gözləmirsinizsə və telefona enerji doldurmaq lazımdırsa, cihazı "Təyyarə rejimi "nə keçirməyiniz məsləhətdir. Belə olduqda telefon daha sürətli enerji yığacaq.

 

DOĞRU TELEFON SEÇİN

Bütün bu yazdıqlarımız istənilən model üçün keçərlidir. Amma təbii ki, başlanğıcdan ilk addımı düzgün atmaq da önəmlidir. Batareya həcmi böyük olan telefonlara üstünlük verməyiniz məsləhətdir. Batareya həcmi nə qədər böyükdürsə enerji saxlama müddəti də bir o qədər artır. Məsələn, batareya həcmi 3000 mAh olan bir telefon sizi yarıyolda qoymaz. Ona görə də telefon aldıqda bu məqama xüsusi fikir verin.

 

Fidan ƏSƏD

TED + bölməsindən digər xəbərlər

Daha çox