AZ

WhatsApp-dan yeni açıqlama: Feysbuka yalnız bu ölkələrin İstifadəçi datalarını verməyəcək

0330c2308af64422158555ef62818349.jpg
09.01.2021 11:34

WhatsApp sosial şəbəkəsinin istifadəçi datalarını Feysbukla paylaşacağını bəyan etməsi insanların imtinası ilə nəticələnib. Şirkətdən gələn sonuncu açıqlama isə müzakirələri daha da şiddətləndirib.

 

TED.az xəbər verir ki, dataları Feysbuk ilə paylaşacağını deyən WhatsApp bir müddət sonra bunu Avropa Birliyi ölkələrindəki istifadəçilər üçün məcburi etməyəcəyini söyləyib. Amma digər bir neçə ölkənin istifadəçiləri  WhatsApp-dan yararlanmaq üçün şərtlərlə razılaşmalı olacaqlar.

 

Qeyd edək ki yeni qaydalar fevralın 9-u qüvvəyə minəcək. Bu yenilik Feysbukla inteqrasiya və statistikaların daha operativ aparılmasına əsaslanıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox