AZ

3 ölkə rəhbəri Qarabağa görə yenidən toplanır – Rəsmi açıqlama

 

9161f96dbd6780dab806b3a015d2a319.jpg
10.01.2021 15:00

Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq.


TED.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

 

Tərəflər 9 noyabr bəyanatının yerinə yetirilməsi, bölgədəki problemlərin həlli istiqamətində addımları müzakirə etməyi planlaşdırırlar.

 

Döyüş əməliyyatlarına məruz qalan bölgələrin sakinlərinə yardımın göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox