AZ

WhatsApp qərarından geri döndü: Fərdi informasiyalar Feysbuka ötürülməyəcək

 

02d743b481e39f79e80fb7767f02ce92.jpg
11.01.2021 00:20

Məlum olduğu kimi, bir neçə gün öncə WhatsApp-dan gözlənilməz açıqlama yayıldı. Açıqlamada dolayısıyla qeyd olunmuşdur ki, WhatsApp-dan istifadə edənlərin fərdi informasiyaları Feysbuka ötürüləcək. 

 

Məlum qərar bütün dünyada, o cümlədən Azərbaycanda istifadəçilərin böyük narazılığına səbəb olmuşdu.

 

TED.az xəbər verir ki, bir neçə dəqiqə öncə WhatsApp-dan yeni açıqlama yayıldı. Mesajlaşma xidmətindən əvvəlki qərarın məxfilik siyasətinə zidd olduğunu əsas göstərərək, məlumatların Feysbuka ötürülməyəcəyi bəyan edilib.

 

Ekspertlər hesab edirlər ki, WhatsApp istifadəçilərin fərdi məlumatlarını hər zaman toplayıb və Feysbuka ötürüb. İndi isə bunu qanuni yolla, istifadəçiləri xəbərdar edərək həyata keçirmək istəyir. 

 

Qeyd edək ki, məlumatlar süni intellekt vasitəsilə toplanılır və müxtəlif məqsədlər üçün istifadə edilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox