AZ

Koronavirus peyvəndinin ilk partiyası Azərbaycana gətirilib - RƏSMİ 

 

13947db8e9a2d265edd3091b8d258cac.jpg
12.01.2021 16:27

"Sputnik" portalının Səhiyyə Nazirliyindəki mənbəyə istinadən yaydığı məlumata görə, SARS-CoV-2 koronavirus peyvəndinin ilk partiyası Azərbaycana gətirilib. Bildirilir ki, Çin istehsalçısı SinoVac-dan sifariş edilən peyvənd artıq Azərbaycandadır. İlk mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı vətəndaşların koronavirus peyvəndi alacağı da qeyd olunur. 

 

Bununla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən TED.az-a bildirilib ki, nazirlik tərəfindən belə bir rəsmi informasiya verilməyib: "Səhiyyə Nazirliyi tərəfindən Çin istehsalçısı SinoVac-dan sifariş edilən peyvəndin Azərbaycana gətirilməsi barədə rəsmi məlumat yayılmayıb".

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox