Onlayn alış-verişdə hansı debit kartı seçməli? - Bu qədər çeşid banka əslində ona görə lazımdır ki...

Pandemiya gedişində onlayn alış-verişə tələb artdığı üçün müxtəlif bank debit kartlarına müraciət edənlər də çoxalıb. Bu zaman Maestro, MasterCard, Visa Classic, Visa Elektron və s. kimi seçimlər müştəriləri çaşqınlığa salır.
Hansı kartı nəyə əsasən seçməli?
Mövzu ilə bağlı TED.az-a danışan iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, bu kartların həm funksionallığı, həm də təqribi dayanıqlığı, sabitliyi eyni səviyyədədir: "Dünyada brend təşkil edən, qeyri-nağd hesablaşmalarla bağlı olan kart sistemləri xeyli dayanıqlıdır. Şərtlərə nəzər salsaq, onlar arasında fərq olmadığını görərik. Fikrimcə, böyük həcmli hesablaşmalar, alış-veriş prosesləri olmadıqda bu məsələlərlə bağlı ciddi problem yoxdur. Eyni zamanda, hansısa tanınmayan kart sisteminə üz tutmağı məsləhət görmürəm. Çünki kiber təhlükəsizliklə, sistemlərin nə dərəcədə dayanıqlı olması ilə bağlı problemlər çıxa bilər. Ən mühüm məsələ isə ondan ibarətdir ki, həmin sistemlər yenə də bank hesabları üzərindən ödənişləri mümkün edir. Burada daha vacibi bankların seçimi və müraciət edəcəyiniz şirkətlərin nə dərəcədə dayanıqlı olması ilə bağlıdır. Çünki elektron ticarət çox genişlənib. Müxtəlif şirkətlər heç də təklif etdiyi məhsulu deyil, başqa məhsulu göndərirlər. Buna görə də əsas problemlər elektron ticarətlə və hansı şirkətdən alış-veriş edəcəyimizlə bağlı ola bilər".
Mütəxəssis vurğulayıb ki, brend kart sistemlərinin nə komissiya faizi, nə də coğrafiyası ilə bağlı ciddi fərq var: "Bu kartlar fəaliyyətlərini bütün ölkələr üzrə alış-verişdə reallaşdıra bilirlər. Amma dünya iqtisadiyyatının hazırkı vəziyyətini nəzərə alaraq uzunmüddətli və böyük pul həcmi ilə əlaqəli ticarəti vətəndaşlarımıza məsləhət görmürəm. Çünki dünya ticarətində qeyri-müəyyənlik var. Uzunmüddətli perspektivdə həm beynəlxalq iqtisadi münasibətlər, həm də beynəlxalq valyutaların dayanıqlılığı ilə bağlı problemlər yarana bilər".
Bəs bu qarışıqlıq, çeşid müxtəlifliyi bankların nəyinə lazım?
E.Məmmədov qeyd edib ki, burada çox ciddi rəqabət var: "Ayrı-ayrı debit kart şərtlərinin bir-birinə yaxın olması da elə bununla əlaqədardır. Sistem təminatı, kart proqramlaşdırması ilə məşğul olan hansısa şirkət çox fərqli təklif edə bilməz. Çünki rəqabət güclüdür. Bu, həmçinin bankların iqtisadi maraqları ilə bağlıdır. Hansı sistem təminatı bank üçün sərfəli şərt təklif etsə, onu seçir. Bu gün kart sistemləri təklif edən şirkətlər banklar uğrunda ciddi mübarizə aparırlar. Hər biri daha çox bankı öz əhatə dairəsinə salmaq istəyir. Yəni, seçimin bu qədər çox olması bank və kart sistemi təminatı arasında olan məsələlərlə bağlıdır".
Lamiyə SÜLEYMANLI
TED + bölməsindən digər xəbərlər
10 yaşlı uşaq öldü - İtaliya hökuməti TikTok-a qarşı hərəkətə keçir


Türkiyədə Sputnik V peyvəndi istehsal olunacaq


Türkiyə PUA-ları müharibə metodlarını dəyişdirir - ƏRDOĞAN


Bir qrup hərbi qulluqçuya hərbi rütbələr təqdim edildi


Kəlbəcərin Qamışlı kəndi - VİDEO


Koronavirusdan ölənlərin sayı azalır - STATİSTİKA


Ötən il mobil tətbiqlərə nə qədər pul xərclənib?


Resident Evil Village 7-nin təqdimat tarixi məlum oldu


Rusiyada aksiya başladı — internet bağlantısı kəsildi


Google Lens loqosunu yenə dəyişir - SƏBƏB


Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib


Qar küçələrdən necə təmizlənir?


Volkswagen-dən Project Trinity açıqlaması: YENİ ELEKTROMOBİL GƏLİR


İctimai nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılır


Samsung Android 11 yenilənməsini geri götürdü


Beşqapılı Niva satışa çıxarıldı


NASA indiyə qədərki ən güclü raketi kosmosa göndərir


Bill Qeyts peyvənd olundu - KORONAVİRUSA GÖRƏ


Honor Huawei-siz ilk smartfonunu təqdim etdi


Xiaomi Türkiyədə istehsala başlayacaq


TikTok-da narkotiki təbliğ edən şəxs həbs edildi - VİDEO


Azərbaycanda daha 280 nəfərdə koronavirus aşkarlanıb


Avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili


Azərbaycanda 344 nəqliyyat vasitəsi axtarışdadır - SİYAHI


Həftənin ən çox oxunanları
Kombini bu üsulla işlədin - Qaz pulu az gələcək...


SON DƏQİQƏ: məktəblər BU TARİXDƏ AÇILIR - HAZIRLIQLAR BAŞLADI


Türk kəşfiyyatı aşkarladı, Bayraktar vurdu : PKK terror təşkilatının "lideri" və 5 mühafizəçisi kül oldu


DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi


SON DƏQİQƏ: Məktəblərin açılma tarixi məlum oldu - RƏSMİ


Kiçik şəhər və kəndlərdə tədris belə olacaq — Nazir


Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib


Müəllimlərin yaş üzrə siyahısı hazırlanıb — Vaksinasiya olunacaqlar


31 il öncə Bakıda nə baş verib - Gizli radio siqnallarla camaatı küçələrə çıxardıblar


Mercedes-dən Azərbaycan nömrəli paylaşım - FOTO


Valyuta | Alış | Satış |