AZ

Video dərslər portalında 4528 dərs mövcuddur

ac2c01b0d94462ee166d10b88f04562c.png
15.01.2021 09:55

Video dərslər portalı (www.video.edu.az) interaktiv texnologiyalar tətbiq etməklə təhsil almaq imkanlarını genişləndirir. 

 

TED.az xəbər verir ki, hazırda portalda ümumi və peşə təhsili üzrə teledərslər, peşəkar müəllimlərin video dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə video dərslər, “KhanAcademy” dərsləri və qiymətləndirmə sistemli dərslər olmaqla, ümumilikdə 4528 ədəd video dərs mövcuddur. 

 

Portalda 2020-ci il üzrə aktiv istifadəçi sayı 456 min və ümumi baxış sayı isə 6.5 milyonu əhatə edib. Ən çox izlənən video dərslər III sinif üzrə 142 min, IV sinif üzrə 156 min, V sinif üzrə 125 min dəfə təşkil edib.

Elm bölməsindən digər xəbərlər

Daha çox