AZ

Xiaomi təhlükədədirmi? - ABŞ şirkətə qarşı sanksiyaya başladı 

 

 

c69097e03f89eb39bc293e9ad64383f8.png
15.01.2021 10:49

Şirkət ordu ilə əlaqədar qara siyahıya alındı.

 

ABŞ-da Donald Tramp rəhbərliyi daha on Çin şirkətini qara siyahıya aldı. Ehtimal olunur ki, bu şirkətlərin ÇXR ordusu ilə əlaqələri var. Bunların arasında məşhur smartfon istehsalçısı Xiaomi də yer alır. 

 

TED.az xəbər verir ki, bu şirkətlər ABŞ Müdafiə Nazirliyi tərəfindən "Communist Chinese military companies" siyahısına da daxil edilib. 

 

Xiaomi-nin bu ana qədərki vəziyyəti, Huawei-in 2019-cu ildə qarşılaşdığı vəziyyətdən müsbət mənada fərqlənir. Əslində, Huawei və Xiaomi müxtəlif sanksiya dərəcələri ilə fərqli siyahılarda yer alırdı. Google və Qualcomm kimi şirkətlərin Xiaomi ilə ticarət etməsi və onlarla əməkdaşlıq etməsi qadağan deyil. Lakin amerikalı investorların Xiaomi-yə investisiya qoyması qadağan edilib. Bundan əlavə, ABŞ investorları Xiaomi səhmlərindən 11 noyabr 2021-ci il tarixinə qədər imtina etməlidirlər. Bütün bunlar kapital axınına və şirkətin səhmlərinin dəyərinin düşməsinə səbəb olacaqdır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox