AZ

Tvitter "Sputnik V" vaksininə məxsus hesabı əngəllədi - SƏBƏB 

 

f5bc4dd1a1ca73087120e246ac2617ad.png
15.01.2021 11:25

Məlum olduğu kimi, dünən Tvitter Rusiyanın koronavirus peyvəndi "Sputnik V"nin sosial media hesabını blokladı. 

 

TED.az xəbər verir ki, hesab müəllifləri abunəçiləri səhifəni blokdan çıxarmaq istəyi ilə Tvitter ilə əlaqə saxlamağa çağırdılar. 

 

Bu çağırışdan sonra hesab blokdan çıxarıldı.

 

Tvitter "Sputnik V" peyvənd profilinin bloklanmasının səbəbini ABŞ-dan icazəsiz giriş cəhdi ilə izah edib.

 

"Tvitter ABŞ-ın Virginia əyalətindən icazəsiz giriş cəhdinə görə blokladığı @sputnikvaccine hesabına girişi bərpa etdi", - deyə hesab müəllifləri qeyd ediblər.

 

Qeyd edək ki, Sputnik V dünyanın ilk qeydiyyata alınmış COVID-19 peyvəndidir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox