AZ

Microsoft Windows 7 yeniləməsini yayımladı - Proqram ödənişli olacaq 

 

57f9c47836382157dbae8828eb9d34ac.jpg
15.01.2021 15:26

Təkmilləşdirilmiş təhlükəsizlik.

 

Microsoft dəstəyi bir il əvvəl sona çatmış Windows 7 əməliyyat sistemində bir yeniləmə yayımlayıb. Şirkət Windows 7 əməliyyat sistemi üçün dəstəyi düz bir il əvvəl - 14 yanvar 2020-ci ildə dayandırıb. Lakin əməliyyat sistemi, risklərə və təhlükəsizlik təhdidlərinə baxmayaraq, milyonlarla insan tərəfindən istifadə olunmağa davam edir.

 

TED.az xəbər verir ki, korporativ istifadəçilər üçün bir çıxış yolu təklif olunur.

 

Onlardan Windows 7 ESU (Genişləndirilmiş Təhlükəsizlik Yeniləmələri) proqramının bir hissəsi olaraq əlavə ödəniş qarşılığında 2023-cü ilin yanvarına qədər dəstəyi uzatmaları və təhlükəsizlik yeniləmələrini almağa davam etmələri istənilib. 

 

İlk ildə hər kompüter üçün 25 dollar, sonrakı qiymət artımı ilə 50 və ya hətta 100 dollar ödəniş edə bilər. Bu pullu istifadəçilər üçün KB4598279 nömrəli ən son Windows 7 yeniləməsidir. Adi təhlükəsizlik inkişaflarına əlavə olaraq, yeniləmə MIT (Tətbiq üçün İdarə Edilən Kimlik) xidmətindəki problemi də həll edir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox