AZ

BİP və Yaay tətbiqlərinə keçənlər internetsiz istifadədən yararlanacaqlar

 

240d49568ca2ad41b30d9fa35865fcf7.jpg
15.01.2021 16:56

WhatsApp-ın istifadəçi qaydalarını dəyişməsi xeyli insanın alternativ platformalara keçid etməsi ilə nəticələnib. Ayrı-ayrı ölkələr də WhatsApp-dan imtina istiqamətində işlərə başlayıblar. Bu tip addımlardan biri də Türkiyədən gəlib.

 

TED.az xəbər verir ki, yeni əməkdaşlığa əsasən, Türk Telekom və Vodafone mobil operatorları istifadəçiləri BiP və Yaay tətbiqləri üçün internet kvotası xərcləməyəcəklər. 

 

Bu barədə sözügedən mobil operator rəsmilərinin Tvitter hesablarında da məlumat verilib. Bildirilib ki, bu, istifadəçilərin fərdi məlumatlarının mühafizəsi xarakteri daşıyır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox