AZ

Azərbaycanda İLK: Rəqəmsal ödənişlər və elektron bankçılıq adlı dərslik hazırlandı 

728d4b3e4f2434fc59b7114d57613ea4.jpg
15.01.2021 19:50

Azərbaycanda “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və onun tədris proqramı hazırlanıb.


Azərbaycan Banklar Assosiasiyasından (ABA) TED.az-a bildirilib ki, Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Xəyaləddin Tağıyev və ABA-nın Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupunun rəhbəri Tamerlan Rüstəmov tərəfindən hazırlanan dərslik “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqaməti üzrə prioritet hədəflərin icrası çərçivəsində ABA, “Visa Inc.” beynəlxalq kart təşkilatı, “Zolotoya Korona” ödəniş sistemi və rəqəmsal ödəniş ekosistemində təmsil olunan qabaqcıl maliyyə institutlarının dəstəyi əsasında nəşr edilib. 


Kitabda rəqəmsal ödənişlər, ödəniş ekosistemi və onun komponentləri, ödəniş alətləri və xüsusiyyətləri, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası və təkmilləşmə istiqamətləri, elektron bankçılıq xidmətləri və onlardan istifadə, rəqəmsal ödənişlər üzrə qabaqcıl beynəlxalq təcrübə və innovativ həllər, habelə rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatları açıqlanıb. 


Dərslikdə, həmçinin müxtəlif iqtisadi ədəbiyyatlarda rəqəmsal ödənişlərə nəzəri baxışlar, “hörümçək toru” prinsipi və onun şərhi verilib.


Ölkəmizdə bu sahədə ilk dəfə nəşr olunan dərslik cəmiyyətimizdə rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri üzrə maliyyə savadlılığının yüksəldilməsi, ödəniş ekosistemində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə xidmət edəcək. 


Kitabı https://shop.az/293698-kitab-reqemsal-odenisler-ve-elektron-bankciliq- linki vasitəsilə sifariş etmək olar.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox