AZ

Google Fitbit-i satın aldı - RƏSMİ

4e600a7489544e3a64e54b039a336733.jpg
15.01.2021 20:54

Alphabet Inc. kanqlomeratına daxil olan ABŞ-ın Google şirkəti fitnes qolbağı istehsalçısı Fitbit Inc.-in 2,1 milyard ABŞ dollarına satınalınması ilə bağlı müqaviləni rəsmən bağlayıb.


TED.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətlər 2019-cu ilin noyabrında sövdələşməni elan etsələr də, antiinhisar tənzimləyicilərinin, xüsusən də Avropa İttifaqındakı tənzimləyicilərin uzanan yoxlamaları səbəbindən uzun müddət onu başa çatdıra bilməmişdi.


Xatırladaq ki, 2020-ci ilin dekabrında Avropa Komissiyası istifadəçi məlumatlarının qorunmasını və mobil cihazlar bazarında rəqabəti təmin etməyi hədəfləyən bir sıra şərtlərlə sazişi təsdiqləyib.


“Google Fitbit istifadəçilərinin məlumatlarının məxfiliyini qorumağa davam edəcək”, - Fitbit-in baş icraçı direktoru Ceyms Park cihaz istifadəçilərinə müraciətində bildirib.


Google qlobal tənzimləyicilər qarşısında bir sıra qəti öhdəliklər götürərək Fitbit istifadəçilərinin məlumatlarının reklam məqsədləri üçün istifadə olunmayacağına və şirkətin reklam üçün istifadə etdiyi digər məlumatlardan ayrı saxlanılacağına söz verib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox