AZ

Pfizer Avropaya peyvənd tədarükünü azaldır - SƏBƏB

18debea5fd9930c4b300c5c1ea24b0fa.jpg
15.01.2021 21:27

ABŞ-ın Pfizer əczaçılıq şirkəti koronavirusa qarşı peyvəndin Avropaya tədarükünü gələn həftədən müvəqqəti olaraq azaldacaq.


TED.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç İctimai Səhiyyə İnstitutu bildirib.


Qurumun açıqlamasında Pfizer-in illik istehsal gücünü 1,3 milyard dozdan 2 milyard dozayadək artırmağı qarşıya məqsəd qoyaraq texnoloji dəyişikliklər apardığı göstərilir.


“Biz gələn həftəyə Pfizer-dən 43.875 dərman dozunu gözləyirdik. Artıq belə görünür ki, 36.075 doz alacağıq”, - deyə bəyanatda qeyd olunur.


Pfizer şirkətinin əvvəlki istehsalat gücünə nə vaxt qayıdacağının hələlik müəmmalı olduğu da vurğulanıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox