AZ

WhatsApp-ın yeni funksiyası YOLDA

107f02ca1ef66e70ee51af7f2ceb9b2b.jpg
15.01.2021 23:49

WhatsApp messencerində böyükhəcmli mesaj massivi ilə işləməyi asanlaşdıracaq Read Later (sonra oxumaq) funksiyası istifadəyə veriləcək.


TED.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiya “Archive” (arxiv) funksiyasını əvəz edəcək. 


Sözügedən xüsusiyyət messencerin Android üçün versiyalarında beta sınaqdan keçirilir. Amma tezliklə başqa platformalar üçün də əlçatan ola biləcəyi deyilir.


Əvvəllər arxivləşdirmə vaxtı istifadəçiyə mesaj göndərilməsi dayandırılırdı, indi isə bölmə yuxarıda bərkidiləcək, istifadəçilər mesajları həmin bölmədə görə biləcək, amma bildiriş gəlməyəcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox