AZ

Siqnal messenceri "çökdü" 

 

944ea4bc0d256f1858a5eb8f6c8f9d34.jpg
16.01.2021 11:25

Gözlənilməz dərəcədə populyarlıq qazanan mesajlaşma xidməti Siqnalın işində nasazlıq yaranıb.Tətbiq istifadəçilərinin əksəriyyəti texniki problemlərə görə mesaj göndərməkdə çətinlik çəkdiklərini bildiriblər. Proqramçılar problemi təsdiqləyərək, onu həll etmək üçün çalışdıqlarını qeyd ediblər.

 

“Siqnal texniki çətinliklər yaşayır. Xidməti mümkün qədər tez bərpa etmək üçün hər cür səy göstəririk ”, - deyə Siqnal tətbiqinin Tvitterdəki rəsmi messencer hesabında yazılıb.

 

TED.az xəbər verir ki, Siqnalın işində yaranmış nasazlığın səbəbi məlum deyil.

 

Ehtimal olunur ki, yaranmış texniki problem messencerin istifadəçi auditoriyasının kəskin şəkildə artmasıdır. 

 

Qeyd edək ki, ötən həftə Tesla və SpaceX-in rəhbəri İlon Maskın Siqnal messencerini istifadəçilərə tövsiyə etməsindən sonra tətbiq yükləmələrinin sayı artmağa başladı.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox