AZ

Feysbuk və İnstaqram Trampın hesabını blokdan çıxartdı 

 

11608f2d9bafa02cabe99f7f3fa9d0c6.jpg
16.01.2021 12:41

ABŞ Prezidenti Donald Trampın əvvəllər bloklanmış İnstaqram və Feysbuk hesabları blokdan çıxarıldı. 

 

TED.az xəbər verir ki, ABŞ-ın hazırkı prezidentinin profilləri yenidən tam formada fəaliyyətə başlayıb.

 

Tvitterin qurucusu Cek Dorsinin hazırkı prezident Donald Trampın sosial media hesabının uzun müddət bloklanacağı ilə bağlı rəsmi olmayan açıqlaması mediada yayılıb. Bundan əvvəl Tvitter və Feysbuk Trampı şiddətə təhrik etməkdə günahlandıraraq sosial media hesablarında müddətsiz bloklamışdı.

 

Qeyd edək ki, yanvar ayının 6-da Tramp tərəfdarları prezident seçkisinin nəticəsi ilə razılaşmayaraq ABŞ Konqresinin binasına hücum ediblər. Hadisə nəticəsində beş nəfər ölüb. Bundan sonra bir neçə məşhur sosial şəbəkə ABŞ prezidenti Donald Trampın sosial media hesablarını əngəlləyib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox