AZ

General Motors elektrikli mikroavtobusların istehsalına investisiya yatıracaq

ad042e4730a9ead7ef32b554fd0a328d.jpg
16.01.2021 15:50

ABŞ-ın aparıcı avtomobil istehsalçısı General Motors (GM) və Kanadanın həmkarlar ittifaqı Unifor Ontario əyalətinin, Ingersoll şəhərindəki CAMI Montaj Zavodunda elektrikli kommersiya mikroavtobusların istehsalı üzrə razılaşma əldə ediblər.


TED.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, razılaşma çərçivəsində General Motors zavoda 1 mlrd Kanada dolları (785,42 milyon ABŞ dolları) investisiya yatıracaq.


GM-dən verilən açıqlamada zavodda işlərin dərhal başlayacağını və elektrikli mikroavtobus modeli EV600-ün geniş miqyaslı kommersiya istehsalına başlayacağını bildirib.


Qeyd edək ki, razılaşmanın yanvarın 17-də onlayn təsdiqləmə iclasında birliyin yerli üzvlərinə təqdim ediləcəyi və nəticələrinin bir gün sonra açıqlanacağı bildirilir.


Xatırladaq ki, Unifor Kanada iqtisadiyyatının əsas sektorlarında işləyən 315 mindən çox işçinin üzv olduğu ölkənin ən böyük həmkarlar ittifaqıdır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox