AZ

BakuBus-da yeni rəhbər

6085dcf64b5b9ed18f0a45c48053a0e4.jpg
16.01.2021 18:23

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus BakuBus MMC-yə rəhbərlik edən Azər Qasımov vəzifəsindən azad edilib.


TED.az-ın məlumatına görə, şirkətə rəhbərlik Tural Mahmudova həvalə olunub. O, vəzifəsinin icrasına yanvarın əvvəlindən başlayıb.


Yeni direktor bu vəzifəyə təyin edilmədən əvvəl Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəhbəri olub.


Xatırladaq ki, BakuBus Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

TED + bölməsindən digər xəbərlər

Daha çox