AZ

Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb

8f6ea7d2a11c476cb33773d4a7eb1be6.jpg
16.01.2021 21:52

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.


DİN-dən TED.az-a bildirilib ki, yanvarın 15-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 4 nəfər barəsində inzibati həbs, 2645 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.


Eyni zamanda, ev şəraitində müalicə təyin edilən 8 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.


Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox