AZ

Şəhid ailələrinə evlərin veriləcəyi tarix məlum oldu

 

8c6f2920c266564ad4262d749e51953d.jpg
18.01.2021 12:54

“Növbəti həftələr ərzində məcburi köçkünlər üçün tikilmiş mənzillər şəhid ailələri və müharibə əlillərinə veriləcək”.

 

TED.az xəbər verir ki, bunu "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair" keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov  deyib.

 

Anar Kərimov qeyd edib ki, “Məcburi köçkünlər “Böyük qayıdış” konsepsiyası çərçivəsində doğma torpaqlarına qayıdacaqlar: "İndiyədək Bakıətrafı rayonlarda, Sumqayıtda məcburi köçkünlər üçün tikilmiş 4700 mənzil ƏƏSMN-nin balansına veriləcək. Bu da şəhid ailələrinin və müharibə əlillərinin ev problemini daha tez şəkildə həll etməyə imkan yaradacaq".

TED + bölməsindən digər xəbərlər

Daha çox