AZ

Normal hüceyrələri xərçəng hüceyrələrindən fərqləndirən vasitə hazırlandı

 

11123543e652a4e178f0250a6f48322a.jpg
19.01.2021 16:54

Texas Universitetinin tədqiqatçıları normal hüceyrələri qarışıq nümunələrdəki xərçəng hüceyrələrindən fərqləndirə biləcək yeni bir vasitə hazırlayıblar. 

 

TED.az-ın məlumatına görə, bu alət 99 faiz dəqiqlik dərəcəsinə malikdir.

 

CopyKAT adlanan yeni vasitə, böyük birhüceyrəli RNT sıralama təcrübələrindəki mürəkkəb məlumatların araşdırılmasını asanlaşdırır. Tək hüceyrəli RNT sıralama təcrübələri minlərlə tək hüceyrədən gen ekspresyon məlumatlarını təmin edir.

 

Tədqiqat müəllifləri bu vasitənin xərçəng sahəsində yeni kəşflər üçün faydalı olacağını ümid etdiklərini və bu vasitənin də tədqiqatçıların istifadəsinə tamamilə açıq olduğunu bildirdilər. Həmçinin müəlliflər bu vasitənin bütün xərçəng növlərində aparılan tədqiqatlarda tətbiq oluna bilməyəcəyini bildirdilər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox