AZ

31 il öncə Bakıda nə baş verib - Gizli radio siqnallarla camaatı küçələrə çıxardıblar

 

fbc29ed527ee2d97d5c71c992849a61c.jpg
20.01.2021 14:15

Məlum olduğu kimi Azərbaycanda milli azadlıq hərəkatının ən önəmli səhifələrindən 20 Yanvar faciəsindən bu gün 31 il keçir. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet ordusu (Qırmızı ordu) Bakıda əliyalın insanlara qarşı ağır hərbi texnikalardan atəş açaraq XX əsrin faciələrindən birini hazırladılar. O gecə 10-larla insan həlak oldu, ağır yaralandı, hətta itkin düşənlər də oldu. 

 

Faciəyə Azərbaycanda siyasi qiymət verilsə də, təəssüf ki, səbəbkarları, o cümlədən SSRİ-nin o vaxtkı birinci katibi Mixail Qorbaçov və müdafiə naziri Yazov layiqli cəzalarını almadılar. Adətən bu cür cinayətlərin səbəbkarları beynəlxalq tirbunala verilərək mühakimə olunurlar. 

 

20 Yanvar faciəsi ağrılı olsa da, yazının əvvəlində qeyd etdiyim kimi Azərbaycan istiqlal tarixinin şanlı səhifələrindəndir. Bu faciə SSRİ-nin İttifaq dövləti deyil, "Qırmızı ordu"lu rus imperiyası olduğunu bütün çılpaqlığı ilə sadə "tavariş"lərə göstərmiş oldu. İnsanlar böyük xəyal qırıqlığı ilə bu imperiyanın caynağından qurtarmağın yollarını axtarmağa başladılar və çox keçmədən müstəqilliyimizi qazandıq, qanımız, canımız bahasına. 

 

Sonralar siyasi analitiklər, strateqlər deyəcəklər ki, 20 Yanvar və 1988-ci ildən Qarabağda başlayan çaxnaşmalar SSRİ-nin süqutuna səbəb oldu. Dedilər...

 

Bu cür iddiallar təbii ki, hadisələrə başqa prizmalardan da baxmağa sövq edir, doğrulu-yalnışlı.

 

 

Düz bir il bundan öncə, radio-texnika və radio siqnallar üzrə mütəxəssis, professor Vaqif Məhərrəmovla söhbət zamanı belə bir detala toxundu: "O vaxt Bakıya gizli radio siqnallar yayıblar", - elə bunu dedi və söhbətdən yayınmağa çalışdı. Səmimi münasibətimiz olduğu üçün bu haqqda onun adından yazmayacağıma söz verdin və bir-iki başqa detalı da öyrəndim. 

 

Deməli, bu cür siqnallar vasitəsilə insanların hisslərinə nəzarət olunur, onların hissləri müxtəlif istiqamətlərə dəyişdirilir. Məsələn, məsələsi pis çıxsa da deyəcəm, balaca cihaz var ki, iti dəli kimi qaçmağa məcbur edir. Sual edəcəksiniz ki, necə? Təbii ki, radio siqnallar vasitəsilə.

 

Dediyim kimi, məsələsi pis çıxsa da insanlarda da belədir. Radio siqnallar çox təhlükəlidir, həmin radio siqnallar ki, biz açıq şəkildə onu qəbul edə bilmirik, lakin beynimiz qəbul edir. Belə iddia olunur ki, o vaxt Bakıda belə siqnallar ötürməklə SSRİ rəhbərliyi camaatı qəzəbləndirmək və bu yolla öz çirkin əməllərinə, qırğına haqq qazandırsınlar. Deyilənə görə, əməliyyatın ilk hissəsi uğurlu olur, insanlar qəzəblənir, küçələrə axışır, tankların üzərinə əliyalın irəliləyirlər. Lakin sonradan bu əməliyyat hesabdan kənara çıxır. Azərbaycanlılar, yəqin ki siqnallarla şok vəziyyətinə salınmayanlar bu vəşiliyi unutmur, qorxmur və müstəqillik üçün 1988-ci ildən atılan ilk addımlar daha inamlı trayektoriya üzrə davam edir. 

 

 

Bu hadisələri araşdıranda daha bir gizli motiv haqqında öyrəndim. Sən demə, o vaxt SSRİ ərazisində "zəhmətkeş"lərin əhvalını yaxşılaşdırmaq üçün də radio siqnallar yayılırmış. Məsələn, acından ölən, qızına cehiz ala bilməyən, axşamlar televizora baxmaq üçün qonşuya gedən, ev tikmək üçün illərdi ki, mişar daşı növbəsinə dayanan, pulu ola-ola maşın ala bilməyən "tavariş"lər tütün sahəsində elə işləyirlər ki, sanki "indeyski" film çəkirlər. Sevinirlər, şənlənirlər, bayram edirlər. 

 

Bütün bunlarla bağlı geniş kəşfiyyat məlumatları təbii ki, mövcuddur. Lakin maraqlı olan odur ki, dövlətlər bir-birinə qarşı bu cür iddialarla çıxış etmirlər. Mütəxəssislər hesab edirlər ki, bu cür texnologiyalar böyük dövlətlərdə var və onlar da sirlərini açmırlar, necə deyərlər, "it, itin quyruğunu tapdalamaz". 

 

Nicat ABDULLAYEV

TED + bölməsindən digər xəbərlər

Daha çox