AZ

Gələn həftə "Global Game Jam Azerbaijan 2021" tədbiri keçiriləcək 

 

d1ab860dfa69da084c046df0324eb018.jpg
21.01.2021 14:52

27-31 yanvar tarixlərinlərində eyni anda 200-ə yaxın ölkədə təşkil edilən "Global Game Jam" Azərbaycanda da keçiriləcək. Koronavirus pandemiyasına görə onlayn formada təşkil ediləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyaya inteqrasiya etməkdir.

 

TED.az xəbər verir ki, tədbir "Game Tech Azerbaijan"ın təşkilatçılığı, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SUP VC, Next Step İnnovasiya mərkəzi, Kreativ Azərbaycan və Mad Rooster şirkətlərinin dəstəyi ilə həyata keçiriləcək. 

 

Tədbirdə bütün oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, Ui/UX dizaynerlər, 3D modelçilər, səs və vizual effekt peşəkarları GGJ Azerbaijan-da iştirak edə bilərlər. 

 

Tədbirdə iştrakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Müsabiqə mövzusu bütün dünyada eyni vaxtda elan olunacaq. İştirakçılar dəyərli hədiyyələr və sərhədsiz təcrübə əldə edəcəklər. 

 

Qeydiyyat üçün bu LİNKDƏN  istifadə edə bilərsiniz.

TED + bölməsindən digər xəbərlər

Daha çox