AZ

Çin milli texnologiya infrastrukturuna 1,6 trilyon dollar xərcləyəcək 

 

31a638982b721f979bcd08a4d309b560.jpg
21.01.2021 18:09

Çinin önümüzdəki beş il ərzində milli texnologiya infrastrukturuna böyük maliyyə investisiyaları planlaşdırdığı bildirilir. 2025-ci ilə qədər infrastruktura 1,6 trilyon dollar sərmayə qoyulacaq. Vəsait 5G şəbəkələrinin inkişafına, elektrikli nəqliyyat vasitələri üçün batareya stansiyalarına, süni intellekt və Çində iqtisadiyyatın, elm və texnologiyanın inkişafına kömək edəcək digər yeniliklərə xərclənəcək.

 

TED.az Çin rəsmilərinə istinadən xəbər verir ki, texnologiya infrastrukturuna xərclər ölkənin ümumi sosial infrastruktur xərclərinin təxminən 10%-ni təşkil edəcəkdir. 

 

Gartner proqnozlarına görə, məsələn, yalnız bu il bütün dünya texnoloji infrastruktura 3,75 trilyon dollar xərcləyəcək, Çin isə beş il ərzində 1,6 trilyon dollar ayıracaq. Çin rəsmiləri ABŞ sanksiyalarının İT infrastruktura mənfi təsir göstərəcəyindən də xəbərdardılar. Bu məsələnin həlli  üçün, yəni təhdidlərə qarşı idxal əvəzetmə proqramı təklif edilib. Amma bu proqramın kömək edib-etməyəcəyini demək hələ ki tezdir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox