AZ

Ford avtomobillərindəki dataları digər istehsalçılarla bölüşəcək

 

2cc9b570d26538ae9d5a4899bb687825.jpg
22.01.2021 09:50

ABŞ-ın avtomobil istehsalçısı Ford Avropada yol təhlükəsizliyini yaxşılaşdırmaq üçün həyata keçirilən "Data for Road Safety" layihəsi çərçivəsində öz avtomobillərindəki qəza və təhlükəsizlik məlumatlarını digər  istehsalçılarla bölüşəcək.

 

TED.az xəbər verir ki, şirkət bu layihə çərçivəsində geniş yeni bir ekosistem təqdim edir. Verilən datalar isə əsasən, hava yastığı aktivasiyası, təcili əyləc və duman lampası barədə olacaq. Bu məlumatlar buluda göndərildikdən sonra  gəldiyi nəqliyyat vasitəsi ilə oxşar marşrutla gedən digər sürücülərə ötürüləcək. Ford verilənlərin qəza saylarını əhəmiyyətli dərəcədə azalda biləcəyini düşünür.

 

Şirkət ilk olaraq bu məlumatları yeni Puma modeli ilə paylaşmağa başlayıb. Həmçinin minik avtomobillərinin 80%-dən çoxunun ilin sonuna qədər məlumat paylaşma xidmətləri alacağı açıqlanıb.

 

Sözügedən layihə Forddan əlavə Volvo, Mercedes və BMW kimi istehsalçılarını da əhatə edir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox