AZ

Google Avstraliyanı təhdid edir: İnternet axtarış sistemi dayandırıla bilər

 

5706aa731dc4027169dd931e851cacae.jpg
22.01.2021 10:11

Google şirkətinin nümayəndələri bildiriblər ki, Avstarilya rəsmiləri xəbər məzmununa görə ödənişlərlə bağlı qanunu qəbul edərsə, ölkədəki internet axtarış sistemini dayandıracaq.

 

TED.az xəbər verir ki, bunu şirkətin regional ofisinin direktoru Mel Silva deyib.

 

“Qanun qəbul edilsə, Avstraliyadakı Google axtarışlarına çıxışı dayandırmaqdan başqa çarəmiz qalmayacaq”, - deyə Silva bildirib. 

 

Qeyd edək ki, Avstraliya hökumətinin təşəbbüsü ilə hazırlanan qanun layihəsinə görə, texnologiya kampaniyalarında məzmununa görə ödənişlər yerli nəşriyyat və yayım şirkətləri ilə müzakirə ediləcək. Razılaşma əldə edilmədiyi təqdirdə isə ödənişlərin miqdarı dövlət tərəfindən təyin olunmuş hakim müəyyənləşdirəcək.

Dünya bölməsindən digər xəbərlər

Daha çox