AZ

Qar küçələrdən necə təmizlənir? 

 

33c4374bdf2a1484041a0057b987ffd3.jpg
23.01.2021 11:42

2000-ci illdərdən küçələrdən təmizlənən qar şəhərin su hövzələrinə tökülürdü ki, bu da ekoloji vəziyyəti ağırlaşdırırdı. 

 

TED.az xəbər verir ki, daha sonrakı dönəmdə müxtəlif şəhərlərin infrastrukturunun inkişafı ilə böyük meqapolislər qar əritmə nöqtələrini tətbiq etməyə başladı. 

 

Texnologiya qarı stasionar əraziyə yerləşdirir və qar emaldan sonra çirkab suya çevrilir.

 

Qar təmizləmə texnikasının bir vahidi 20-dən 48 kubmetrə qədər qarı emal etməyə imkan verir. Ənənəvi olaraq, qar hava limanlarından gətirilir, çünki qar vaxtında təmizlənmədikdə uçuş-enmə zolaqlarının işini iflic edə bilər.

 

Qar emalı məntəqələrin əməkdaşları gətirilmiş qarın həcminin hesabını aparırlar, qarın kubmetrləri lazer skanerləri ilə ölçülür və operatora göndərilir. Qar xammalının miqdarı qeydə alındıqdan sonra operator sürücülərə hesabat üçün məlumat verir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox