AZ

Azərbaycan “Vikipediya”sının etibarlı mənbə olması üçün nə etməliyik? — Açıqlama

 

a1ed8693422c22b01a2c688288aaa2c1.jpg
25.01.2021 15:34

Son zamanlar yerli “Vikipediya”ya qarşı mənfi fikir formalaşıb, platformanın “etibarlı mənbə” statusuna sahib olmadığı deyilir. Bu çərçivədə bir çox ziyalının fikrincə, “Vikipediya”ya dövlət qurumu nəzarət etməlidir. 

 

Mövzu ilə bağlı TED.az-a danışan "Vikipediya" üzrə mütəxəssis, diaspor üzrə araşdırmasçı-ekspert Elnur Eltürk bildirib ki, dünyada bu cür platformanın dövlət tərəfindən idarə olunması praktikası yoxdur: “Müasir internet texnologiyalarının bizə bəxş etdiyi yeniliklərdən biri də “Vikipediya” açıq ensiklopediyadır. Yanvarın 15-də “Vikipediya”nın yaranmasının 20 ili tamam oldu. Statistikanın bizə verdiyi məlumata görə, hər il bu azad ensiklopediyaya milyardlarla giriş olur. Real faktdır. Göstəricinin içərisində azərbaycanlı oxucuların payı var. Həm də insanlar resursa  müraciət edirlər və oradan məlumatlar əldə edirlər.  Bu gün qaydaları bilən şəxs “Vikipediya”da redaktə edə və ya məqalə yarada bilər.  Əsas odur ki,  istifadəçi qaydaları bilməlidir. Bu gün dünyada hansısa dövlət qurumunun “Vikipediya” nəzarət etməsi ilə bağlı təcrübəyə rast gəlməmişəm. Əslində “Vikipediya”ya nəzarət etmək mümkün deyil”. 

 

Onun sözlərinə görə, mövcud vəziyyəti düzəltmək üçün fəallığı artırmaq lazımdır: ““Vikipediya”nın xarici dil bölməsində əsaslı mənbələrlə çalışmaq lazımdır. Mənbələr istifadəçinin əlini gücləndirir və qarşı tərəfi fakt qarşısında qoyur. Qısacası, “Vikipediya”da məqalələr mənbələr əsasında yaradılır. Mənbələr olmadığı təqdirdə hansısa düzəliş etmək mümkün deyil. Orada hər bir sözün, cümlənin arxasında mənbə dayanır. Nüfuzlu xarici mətbuatda, jurnallarda tərəfsiz, etibarlı, həqiqətlərimizi əks etdirən elmi, akademik məqalələrin çap olunmasına nail olmalıyıq və bu istiqamətdə fəallığımızı artırmalıyıq. Qeyd etdiyimiz məqalələr çap olunacağı təqdirdə bizim fəal istifadəçilərimiz əleyhimizə işləyən qüvvələrə qarşı müzakirələrdə faktlarla çıxış edə biləcəklər”.

 

Fatimə ZÜLFÜQAR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox