AZ

Türkiyənin təhsil naziri azərbaycanlı həmkarına Tvitterdə bu cür dəstək oldu

 

cda5e349bff5433b76a4db151dee3008.jpg
25.01.2021 16:20

Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçuk  Azərbaycanın təhsil naziri Emin Əmrullayevin  Beynəlxalq Təhsil Günü münasibətilə şəxsi Tvitter hesabındakı paylaşımına dəstək nümayiş etdirib.

 

Təhsil Nazirliyindən TED.az-a verilən məlumata görə, Ziya Selçuk həmkarının sözügedən tvitini şəxsi hesabında paylaşaraq bu sözləri qeyd edib: "Hər hansı bir uşağın təhsildən geri qalmaması və Davamlı İnkişaf Məqsədlərinin əldə edilməsi axtarışında olan qlobal təhsil hədəflərinə çatmaq üçün pandemiyaya, müharibələrə və qarşıdurmalara qarşı kollektiv məsuliyyət və həmrəylik nümayiş etdirməliyik".

 

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev paylaşımında, “Davamlı İnkişaf Məqsədlərinin əldə olunması axtarışında olan qlobal təhsil yalnız COVID-19 pandemiyasından əziyyət çəkdiyi halda, Ermənistanın hücumları nəticəsində Azərbaycanda 20 müəllim, 10 şagird dünyasını dəyişib, 16 şagird yaralanıb və 60 təhsil müəssisəsi dağıdılıb”, - deyə bildirib.

 

Nazir tvit paylaşımına dövrünün nümunəvi maarif ocağı sayılan Şuşa Realnı Məktəbinin erməni işğalından əvvəl və sonrakı vəziyyətinə dair foto da əlavə edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox