AZ

Yoluxma sayı azalmaqda davam edir - AZƏRBAYCANDA

6dc7117f5d8788d3bec44e8e88153a62.jpeg
25.01.2021 18:49

Azərbaycanda koronavirus infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


TED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.


Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 229.032 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 220.565 nəfər müalicə olunaraq sağalıb, 3093 nəfər vəfat edib, aktiv xəstə sayı 5374 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3257, ötən müddət ərzində isə ümumilikdə 2.364.809 test aparılıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox