AZ

Ötən il Azercell-in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85%-dən artıq olub

 

c82bcf3c68739937579d3236afb779a2.jpg
26.01.2021 09:56

2020-ci il ərzində Azercell-in LTE şəbəkəsinin əhatə dairəsi 74,2%-dən 85,1%-ə yüksəlib, şəbəkənin ərazi baxımdan coğrafi əhatəsi isə 61,4%-dən 72,4 %-ə qədər genişləndirilib. 

 

Bu barədə TED.az-a Azercell şirkətindən məlumat verilib.

 

Qeyd olunub ki, LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsinin başlandığı 2 il ərzində isə (2019-cu il tarixindən 2020-ci ilin sonunadək) Azercell-in LTE şəbəkəsinin əhali əhatə dairəsi 35.9%-dən 85.1%-ə, coğrafi dairəsi 22,5%-dən 72,4%-dək  artıb. 

 

“LTE şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ildə bu texnologiya üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb. Bu stansiyaların müəyyən hissəsi 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə işə salınıb. Ümumilikdə LTE şəbəkəsinə aid radio baza stansiyalarının sayı 2679-a çatdırılıb. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib. Qeyd etmək kifayətdir ki, keçən ilin təkcə sentyabr-dekabr ayları ərzində 118 yeni LTE stansiya istifadəyə verilib. Görülən işlər Azercell şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminə də təsir edib. Son bir il ərzində bu göstərici 2.25 dəfə artıb. Hazırda şəbəkədə daşınan ümumi trafikin təxminən 69%-i bu texnologiya üzərindən daşınmaqdadır. Ümumilikdə 2020-ci il ərzində LTE şəbəkəsi üzrə səs trafikində 14%, internet trafikində isə 60% artım əldə olunub”, - deyə bildirilib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox