AZ

ABŞ kəşfiyyatı telefonlardakı ərazi datalarını satın alır - İddia

 

0bbff70e3d1e5c23c4bbe9b670501fac.jpg
26.01.2021 10:18

ABŞ kəşfiyyat idarələrinin smartfonlardan icazəsiz alınan yer bildirişlərindən istifadə etdiyi iddia olunur.

 

TED.az xəbər verir ki, bu barədə Nyu York Times da yazılan məqalədə qeyd olunub. 

 

Bildirilib ki, son 2,5 ildə Müdafiə Kəşfiyyat Agentliyi (DİA) analitikləri bu tip verilənlər bazası üzərində 5 ayrı araşdırma apararaq nəticələri Oregon Demokrat Senatoru Ron Wyden ilə paylaşıblar. Bununla yanaşı, immiqrantları izləmək və həbsdə olan immiqrantları araşdırmaq üçün telefonlardakı ərazi məlumatlarından istifadə edildiyi də vurğulanıb. Xüsusilə də müsəlmanların sıx istifadə etdiyi Muslim Pro-nun istifadəçilərinin yer məlumatlarını ABŞ ordusuna satdığı qeyd edilib.

 

Xatırladaq ki, noyabrda işin üstü açılandan sonra Muslim Pro məlumat paylaşımını dayandıracağını söyləyib. Həmçinin Apple və Google şirkətləri telefonlardan məlumat toplayan bu tətbiqləri bloklayacaqlarını açıqlayıblar.

Dünya bölməsindən digər xəbərlər

Daha çox