AZ

Avtomobilini telefonla işə sal - LG-dən yeni texnologiya

 

8f6a07ee3fcc0a1fd3bfd38aa378dec4.jpg
26.01.2021 10:57

Cənubi Koreyada yerləşən texnologiya istehsalçısı LG nəqliyyat vasitələri üçün rəqəmsal açarların istehsalına başlayır.

 

TED.az xəbər verir ki, şirkət yeni istehsalına LG Innotek adı altında davam edəcək.

 

Mütəxəssislərin fikrincə, yeni texnologiya avtomobillərdəki əsas konsepsiyanı kökündən dəyişəcək. Məhsul sürücülərin park edilmiş nəqliyyat vasitələrini tapmalarını, avtomobil qapılarının kilidini açmağı və ya kilidləmələrini, həmçinin mobil telefon vasitəsilə mühərriki işə salmalarını təmin edəcək.

 

Qeyd edək ki, kompakt ölçüsü sayəsində yeni rəqəmsal açar texnologiyasını nəqliyyat vasitəsinin istənilən yerində quraşdırmaq mümkündür.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox