AZ

Qarışqadan fil düzəldən intellektin "göz"ü - Afrika faunası kosmosdan izləniləcək

 

b338d226386bb32a0e2b60921c7aa861.jpg
26.01.2021 11:26

Alimlər süni intellektlə işləyən peyklər sayəsində Afrika fillərinin sayını kosmosdan izləməyə başlayıblar. 

 

TED.az xəbər verir ki, dünyadan 600 kilometr uzaqlıqdakı peyk tərəfindən qeydə alınan görüntülər vasitəsilə 5 min kvadrat kilometr ərazidə fillər saymaq mümkündür. Təbii ki, hava buludsuz olarsa.

 

Əlbəttə ki, filləri bir-bir saymaq çətin işdir. Bunu filləri mövcud görüntülərdən ayırmağı bacaran alqoritm edir.

 

Məlumat üçün bildirək ki, Afrika filləri nəsli kəsilməkdə olan növlər arasındadır. Bu kateqoriyada üç fərqli səviyyə var: vəziyyətin şiddətindən asılı olaraq "kritik nəsli kəsilməkdə olan növlər", "nəsli kəsilməkdə olan növlər" və "həssas növlər". Afrika filləri bu səviyyələrdən "həssas növlər" arasındadır.

TED + bölməsindən digər xəbərlər

Daha çox