AZ

SMM sektorunda ən təsirli təbliğat vasitəsi hansıdır? - MÜTƏXƏSSİS 

 

4616a8afd81fa14bb03bb115225b428f.jpg
26.01.2021 12:27

“Bu gün SMM sektorunda ən effektli təbliğat vasitəsi animasiyalardır. Daha sonra influenser tərəfindən görülən işlər də yaxşı nəticə verir. Son zamanlarda daha bir effektli təbliğat vasitələri Bloqdur. Bloqlar əvvəl də effektli olmuşdu, sonra bir qədər maraq azaldı. Bu gün isə yenidən trendə çevrilib. İnsanlar oxumağa, araşdırmağa maraqlı olurlar”.

 

Bunu TED.az-a açıqlamasında rəqəmsal marketinq üzrə mütəxəssis Heydər İsmayılov deyib.

 

Mütəxəssis bildirib ki, qrafik postlar əvvəlki kimi effektli təbliğat vasitəsi deyil: “Əvvəl qarfik postlar effekt verən təbliğat vasitəsi idi. Bu kimi təbliğat zamanı internetdən götürülmüş hazır şəkillərin üzrinə yazılar əlavə edilib paylaşılırdı. İndi isə insanlar daha çox emosional təbliğata önəm verirlər. Yaxın illərdə rəqəmsal marketinq sektorunda hədəflənmiş kampaniyalar daha da dərinləşəcək. Sosial şəbəkələr hədəflənmiş kampaniyaların təşkilində olduqca vacib rol oynayır. Şəbəkədə olan funksiyalar istifadəçilərin davranışlarına görə maraqlarını təhlil etməyə imkan yaradır. Məsələn, müştəri səhər, günorta və ya axşam saatlarında sosial şəbəkə üzərindən nə axtarır, hansı paylaşımlara reaksiya verir və s. böyük verilənlərdə toplanır. Onun əsasında da müştəri maraqları öyrənilir. Bu proses daha da dərinləşəcək”. 

 

Zeynəb ƏKBƏR

TED + bölməsindən digər xəbərlər

Daha çox