AZ

WhatsApp-dan foto və videoları göndərmək mümkün olmayacaq

 

5002436f1d91166c104b8a28cdab3d33.jpg
26.01.2021 12:40

Son zamanlar xəbərlərdə əsasən mənfi kontekstdə xatırlanan məşhur WhatsApp platforması əvvəl xidmətdən istifadə siyasətinin dəyişməsi ilə qalmaqal yaşadı, indi isə rahat funksiyadan məhrum oldu. 

 

TED.az xəbər verir ki, məşhur platforma Google Camera-nın sosial paylaşım funksiyası ilə vidalaşıb. 

 

Nəzərinizə çatdıraq ki, Social Share 2019-cu ildə Google Camera tərəfindən işə salınan və sosial şəbəkələrdə, eləcə də messencerlərdə foto və videoların ötürülməsi üçün nəzərdə tutulan rahat bir funksiya idi. Sürətli fayl ötürülməsini dəstəkləyən xidmətlər və tətbiqlər siyahısında WhatsApp da var idi, lakin tətbiqin 2.21.1.13 versiyasında həmin funksiya yoxa çıxdı.

 

Qeyd edək ki, sözügedən yeniləmə Android smartfonlarına aiddir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox