AZ

Yeni nazir kimdir? - DOSYE

 

45231a20089fe2a31bb7e50ffe51c0e0.jpg
26.01.2021 13:34

Bu gün Prezident İlham Əliyevin sərəncamı əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə vəzifəsindən azad edilib.

 

TED.az xəbər verir ki, Prezident başqa bir sərəncamla NRYTN-ə rəhbər olaraq Rəşad Nəbiyevi təyin edib. 

 

Rəşad Nəbiyev 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

 

Yeni nazir 2004-2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb. O, yeni vəzifəyə təyin olunmamışdan öncə Azərkosmos ASC-nin sədri vəzifəsində də çalışıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox