AZ

Prezident Ramin Quluzadənin fəaliyyətindən danışdı

 

d1cfadd383351f591b86fe370fca1a3e.jpg
26.01.2021 14:50

Prezident İlham Əliyev bu gün yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevi qəbul edərkən sabiq nazir Ramin Quluzadənin də fəaliyyətindən razı qaldığını bildirib.

 

TED.az xəbər verir ki, dövlət başçısı hər yerdə islahatların getdiyini açıqlayıb:

 

"Mən sizdən əvvəl bu vəzifədə çalışmış nazirin fəaliyyətindən də razıyam. O da öz vəzifə borcunu şərəflə yerinə yetirirdi, bir çox önəmli məsələləri həll edib, Azərbaycanın bu sahədəki inkişafını təmin edib. Ancaq hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Mən hesab edirəm ki, siz bu vəzifələri icra edə bilərsiniz. Hər halda, buna ümid edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, sizə göstərilən böyük inamdır, etimaddır və sizin üçün böyük məsuliyyətdir. Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız".

TED + bölməsindən digər xəbərlər

Daha çox